Köməksiz qalan şəxslər xilas edilib

Köməksiz qalan şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakının Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və üç nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

FHN-dən SİA-ya bildiriblər ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq kömək göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə