Fevralın 28-i saat 21:10 radələrində Gənclər meydanı 1-in qarşısında Bakı şəhər sakini Elçin Mirzəliyevə məxsus "AzSamand" markalı avtomobil qaçırılıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya veilən xəbərə görə, Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini Rüfət Quluzadə B.Sərdarov küçəsi 10-un qarşısında avtomobillə birlikdə saxlanılıb.
Fevralın 28-i saat 22:45 radələrində H.Əliyev prospektində Bakı şəhər sakinləri Cəlaləddin Abdullayevin idarə etdiyi "VAZ-2107" və Yusif Səmədovun idarə etdiyi "VAZ-21154" avtomobillər toqquşub. Nəticədə Y.Səmədov ölmüş, sərnişini Vüqar Seyidov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.
Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 179-cu (mənimsəmə və ya israf etmə) maddəsilə axtarışda olan Zaur Ələkbərov fevralın 28-də tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB