Ötən günün kriminal hadisələri

Ötən günün kriminal hadisələri

Fevralın 10-na keçən gecə "Akkord" İnşaat sənaye ASC-nin Balaxanı Asfalt zavoduna məxsus 500 metr, fevralın 20-nə və 27-nə keçən gecə Şəfqət küçəsində yerləşən Sabunçu telefon qovşağına məxsus 55 və 204 metr işlək telefon kabelləri oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Beyləqan rayon sakini İlham Əhmədov və Balaxanı qəsəbə sakini Mətləb Məmmədov fevralın 27-də yaxalanıb.

Fevralın 26-sı saat 03:50 radələrində Salyan yolunda yerləşən kafedə Bakı şəhər sakini Namiq Səfərovu döyərək 1100 ABŞ dolları alanlar Vüqar Şuşayev, Samir Hüseynov, Əli Yolçuyev, Azər Axundov, Hacırza Hüseynzadə, Mehman İsmayılov, Cavid Şahbazov və Sirac Əliyev Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən fevralın 27-də yaxalanıblar.

Fevralın 11-də R.Rüstəm küçəsində yerləşən Slavyan Universitetində, orada işləyən Bakı şəhər sakini Tamilla Məşədiyevanın çantasından bankomat kartı oğurlanmış və həmin gün Füzuli küçəsində yerləşən bankomatdan hesabında olan 170 manat çıxarılıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Renata Papova fevralın 27-də yaxalanıb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Bəxtiyar Mirzəyev fevralın 27-də tutulub.

Fevralın 27-si saat 21 radələrində Ə.Yaqubov küçəsində Abbas Əliyev idarə etdiyi "Mersedes" markalı avtomobilini idarəetməni itirməsi nəticəsində yol kənarındakı divara vurmuş, sürücü hadisə yerində ölmüş, sərnişini Faiq Hüseynov isə KTM-ya yerləşdirilib. Fevralın 27-si saat 10:20 radələrində Nardaran qəsəbəsi ərazisində Rəşad Xudaverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobilini idarəetməni itirməsi nəticəsində yol kənarındakı divara vurmuş, sürücü hadisə yerində ölmüş, sərnişini Fətulla Sədullayev isə KTM-ya yerləşdirilib.

Fevralın 27-si saat 01:30 radələrində, Azadlıq prospektində Şəki şəhər sakini İkram Kərimov Bakı şəhər sakini Günel Cəfərovaya bıçaqla hədə-qorxu gəlməklə mobil telefonunu əlindən alaraq qaçdığına görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 26-da 151 saylı xətt avtobusunda Bakı şəhər sakini İmaməli Quliyevin cibindən 46 manat oğurlanıb. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hafiz Bağırov fevralın 26-da yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə