Hacıqabulda avtomobil 27 metr hündürlükdən dərəyə aşıb

Hacıqabulda avtomobil 27 metr hündürlükdən dərəyə aşıb

Hacıqabul rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Hacıqabulun dağlıq ərazisində yerləşən Udulu kəndinə içərisində ov etmək məqsədilə gələn 3 nəfər Bakı, 1-i isə Xaçmaz sakini olan avtomobil qayadan aşaraq qəzaya uğrayıb.

Hacıqabul polis şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, dövlət qeydiyyat nömrəsi 10 zz 069 olan xarici markalı avtomobil 27 metr yüksəklikdən dərəyə aşıb. Nəticədə maşının sürücüsü, 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədzadə Aydın Rafael oğlu hadisə yerində dünyasını dəyişib.

Maşında olan sərnişinlərdən Şıxəliyev Bəxtiyar Altay oğlu, Xaçmaz rayon sakini Əliyev Rasim Arif oğlu, Bakı şəhər sakini Mahmudov Sadiq yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkim Famil Yusifovun sözlərinə görə xəstələrdən ikisinin vəziyyəti ağır, birinin isə normaldır.

Məlumat üçün bildirək ki, qəzaya uğrayanlardan kimliyini müəyyən edə bilmədiyimiz şəxs Milli Məclisin işçisidir və hansısa nazirin yaxın qohumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə