Gəncədə ticarət mərkəzində yanğın baş verib- FOTOSLAYD

Gəncədə ticarət mərkəzində yanğın baş verib- FOTOSLAYD

Hadisə dünən axşam, saat 21.15 radələrində, şəhərin Vaqif küçəsində, "Keçəllər bazarı" deyilən ərazidə, "Gəncə Bazar" ASC-nin yaxınlığında qeydə alınıb. Yanğın nəticəsində təxminən iki şirniyyat mağazası tamamilə yararsız vəziyyətə düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub.

Gəncə Regional Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Təvəkkül Verdiyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ilk araşdırmalar hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyini göstərir. Səbəb isə ərazidə qaynaq işlərinin aparılması olub.

Hazırda yanğının dəqiq səbəblərinin araşdırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Yanğından Mühafizə İdarəsində təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə