Gəncədə ağır yol qəzası baş verib

Gəncədə ağır yol qəzası baş verib

Gəncədə yüksək surət daha bir yol qəzasına səbəb olub. Hadisə Gəncə-Yevlax magistralının 3-cü kilometrliyində qeydə alınıb. SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, fevralın 24-də, saat 17.00 radələrində Göygöl rayon sakini Sadıqov Təhmuraz Əziz oğlunun idarə etdiyi "VAZ 2101" markalı avtomobil qarşı tərəfdən gələn "Daewo" markalı 10 TB 307 dövlət nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə birinci avtomobilin sürücüsü Təhmuraz Sadıqov ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə