Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb

Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb

Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsindəki evlərin birində baş verib.

1996-ci il təvəllüdlü Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 1985-ci il təvəllüdlü Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda G.Xudiyeva ev sahibini döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb.

G.Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə