İTV-nin binasındakı yanğın söndürülüb

İTV-nin binasındakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi İTV-nin binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

SİA Nazirliyin saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə