Azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıldı

Azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanıldı

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb. SİA-nın məlumatına görə, hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.

Məlumata əsəsən, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb ediblər.

Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.

Saxlanılan şəxslərin və azərbaycanlı iş adamının adı açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə