12 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb

12 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb

Xırdalan şəhərində 12 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Xırdalan şəhərində 1 nömrəli məktəbin yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nağdəliyeva Könül Boris qızını avtomobil vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sol dizin əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə