Yeni salınmış məcburi köçkün şəhərciyində kişi bıçaqlanıb

Yeni salınmış məcburi köçkün şəhərciyində kişi bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

SİA xəbər verir ki, hadisə yeni məcburi köçkün şəhərciyində, 5 saylı binada baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü şəhərcik sakni Məmmədov Şikar Həsən oğlu naməlum şəraitdə sol bud nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə