Yasamalda evdən 20 min manatlıq qızıl əşyası oğurlanıb

Yasamalda evdən 20 min manatlıq qızıl əşyası oğurlanıb

Paytaxtda oğurluqla məşğul olan iki nəfər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 22-də Yasamal rayonu ərazisindəki evlərin birindən 200 manat pul və 17,5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə