Bakı-Quba yolunda yol qəzası olub

Bakı-Quba yolunda yol qəzası baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, Qubadan Bakıya pomidor və bibər gətirən "Ford" markalı yük maşını beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər - Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə