“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın ərazisində qısa qapanma baş verib

“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın ərazisində qısa qapanma baş verib

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kilovatlıq yarımstansiyanın ərazisində qısa qapanma baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, nəticədə ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kilovat olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə