Bakıda 4 yaşlı uşaq binanın dördüncü mərtbəsindən yerə yıxılıb

Bakıda 4 yaşlı uşaq binanın dördüncü mərtbəsindən yerə yıxılıb

Bakıda 4 yaşlı uşaq binanın dördüncü mərtbəsindən yerə yıxılıb.

SİA xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1V ünvanında 2016-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı valideyn nəzarəti olmadan pəncərədəki tora toxunub və yerə yıxılıb. Onu yaxınlıqdan keçən şəxslər dərhal xəstəxanaya çatdırıb.

Vəziyyəti hazırda ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə