Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbirinin verdiyi xəbərə görə, şəhər sakini 1987-ci il təvəllüdlü İrina Nikolayevna Xodos yolu keçən zaman avtomobil onu vurub. Hadisə Atatürk prospektində qeydə alınıb.

Xəsarət alan qadın hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə