Keçmiş qayınatasını bıçaqlayan şəxsə hökm oxunub

Keçmiş qayınatasını bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Mahir Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Neymətov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Nizami rayonu, Bəkir Çobanzadə küçəsində baş verib. 1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb. Daha sonra Mahir Nemətov keçmiş qayınatası, 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə