Banka saxta əskinas təqdim edən şəxs saxlanılıb

Banka saxta əskinas təqdim edən şəxs saxlanılıb

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, 27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə