Xəzər rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağı yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB