Yolu keçmək istəyən məktəbli "Priora" ilə vurulub

Yolu keçmək istəyən məktəbli "Priora" ilə vurulub

Goranboy rayonunda məktəblinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Hadisə nəticəsində 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlu yerindəcə keçinib. İlkin məlumatlara görə, qəza 16 yaşlı yeniyetmə yolu keçmək istəyərkən baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə