Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Bakıxanov qəsəbəsində "London Taksi" avtomobili yolu keçmək istəyən piyada, 1989-cu il təvəllüdlü Əkbərli Sərvan Vidadi oğlunu vurub. Dizindən xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB