Sabunçu sakini tapdığı silah-sursatı polisə təhvil verib

Sabunçu sakini tapdığı silah-sursatı polisə təhvil verib

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində bir ədəd lüləsi kəsilmiş “İJ” markalı tüfəngi, bir ədəd “RQD” qumbarasını, 57 ədəd patronu və zəncir olan torbanı könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaynaq kənd sakini S.Bayramovun evinə baxış zamanı bir ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə