29 yaşlı gənc Bakıda qətlə yetirilib.
SİA xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib. Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qətlə yetirilən şəxsin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB