Penitensiar Xidmətin polis əməkdaşları ilə keçirdiyi növbəti əməliyyat uğurla başa çatıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
SİA Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 32.4,312-1.2; 32.4,312.2; 178.2.4; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək beş il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Musayev Elçin İbrahim oğlu həbs edilməmişdən əvvəl yaşadığı ünvanda gizlətdiyi bir ədəd “Vinçester” tipli tüfəngi və ona aid səkkiz ədəd gülləni könüllü olaraq təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB