Mingəçevirdə evdən külli miqdrada pul oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mingəçevir ŞPŞ və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-nə keçən gecə Mingəçevir şəhərindəki mənzillərin birindən 7500 ABŞ dolları, 4500 avro, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.Atakişiyev, Sabirabad rayon sakinləri S.Quliyev Mingəçevir şəhərinin ərazisində, M.Məmmədov isə Şirvan şəhəri ərazisində saxlanılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB