Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib. Xatırladaq ki, 1990-cı il təvəllüdlü G.Babayeva mərhum yazıçı-jurnalist, "Ümid press" qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB