Biləsuvarda ağır yol qəzası ölənlər var

Biləsuvarda ağır yol qəzası  ölənlər var

Biləsuvarda ağır yol qəzası nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Hundai” markalı avtomobil idarəetməni itirmə nəticəsində aşıb, avtomobildə olan 7 nəfərdən ikisi hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan digər üç nəfər isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə