Sabunçu rayonunda piyadanı avtomobil vurub

Sabunçu rayonunda piyadanı avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, Yeni Ramana qəsəbəsində "Nissan" markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Hüseynov Səyyub Abbas oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki baldırın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə