Tərtərdə partlayış – Ölən və yaralanan var

Tərtərdə partlayış  – Ölən və yaralanan var

Tərtər rayonunda hərbi sursat partlayıb. Xəbər verilir ki, yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralı şəxslərin hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə