"VAZ" markalı avtomobillər toqquşdu - bir nəfərin vəziyyəti ağırdır

"VAZ" markalı avtomobillər toqquşdu - bir nəfərin vəziyyəti ağırdır
Goranboy rayonunda "VAZ 21 06" markalı avtomobillərin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 30 yaşlı Hüseynov Ceyhun Vidadi oğlu xəsarət alıb. Baş nahiyəsindən ağır yara alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda qəzanın səbəbləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə