Ceyranbatanda 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə