Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar - Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, İmişli sakinləri - 1966-cı il təvəllüdlü Əzizov Nazim Çərkəz oğlu, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı, 2014-cü il təvəllüdlü Əzizov Nazim Nahim oğlu, Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrayıl oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızı və Eyvazov Vüsal Ələmdar oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB