Göyçaydakı avtomobil qəzasında bir nəfər dünyasını dəyişib

Göyçaydakı avtomobil qəzasında bir nəfər dünyasını dəyişib

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.

Bildirilir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində xəsarət alan 7 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də onlardan biri artıq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə