Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evinə baxış keçirilib. Baxış zamanı evdən bir qumbara, dörd tapança patronu, bir patron darağı və bir bıçaq aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan lüləsi və qundağı kəsilmiş, eləcə də nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və altı patron aşkarlayıblar. Faktlarla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB