Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.
Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB