Şəmkir sakini kürəyindən bıçaqlanıb. 1998-ci il təvəllüdlü Malik Abdullayev ağır vəziyyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 21 yaşlı şəxsin kürəyindən bir neçə bıçaq zərbəsi aldığı deyilir.
Yaralı əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hələlik M.Abdullayevin hansı şəraitdə və kimlər tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis İdarəsində araşdırma aparılır. Cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB