Bu ilin birinci yarısında 822 yol nəqliyyat hadisəsi baş verib
Bu ilin ilk 6 ayı ərzində ölkənin avtomobil yollarında baş verən yol qəzalarının statistikası açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 yol nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı ötən illə müqayisədə 1,2 faiz artaraq 1087 nəfər olub.
Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 33,1 faizi bir neçə nəqliyyat vasitəsinin,iştirakı ilə, 23,2 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Baş verən hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Statistikadan da göründüyü kimi yol nəqliyyat hadislərinin sayında bizin yaxşılığımıza doğru heç nə dəyişmir. Görünür istər piyada, istərsədə sürücü kimi günahı özümüzdə, öz məsuliyyətsizliyimzdə axtarmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB