Fevral ayının 15-dən 16-na keçen gecə təxminən saat 03:00 radələrində Bakı-Qazax yolunun 119-cu kilometirliyində yerləşən dairəni əks istiqamətə hərəkət edən Mercedes-Benz 220 markalı Dövlət qeydiyyat nişan nömrəsi 45-BF-003 olan avtomobil yoldan çıxaraq aşıb.
BDYP-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Anar İmanquliyevin SİA-ya verdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü 1972-ci il təvəllüdlü, Salyan rayon Aşağı-Kürkənd kənd sakini Azayev Elçin Azadxan oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB