"Hummer" sürücüsü özünü və avtomobilini yandırıb

"Hummer" sürücüsü özünü və avtomobilini yandırıb

Şəmkirdə Şəmkir rayon Dövlət Yol Polisi şöbəsinin əvvəlki cərimə meydançasında sürücü Həsənov Fuad Aydın oğlu idarə etdiyi "Hammer" markalı avtomobilini və özünü yandırıb.

SİA-nın bölgə müxbirinin bildirdiyinə görə, hadisə nəticəsində yanan maşının yaxınlığında olan "VAZ 21 011" markalı avtomobil də alışıb. İlkin məlumatlara görə xəsarət alan şəxs Gəncədə yerləşən özəl xəstəxanalardan birinə gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupundan rəsmi məlumat verilib. Baş inspektor Eşqin Qasımov SIA-nın bölgə muxbirinə bildirib ki,hadisə olan ərazi bu gün Şəmkir Rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir: "Bu gün hadisə baş verən yer Şəmkir rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. Vaxtilə həmin ərazi DYP-nin dayanacağı olub, bu gün isə həmin ərazi eyni funksiyanı yerinə yetirmir".

Eşqin Qasımov əlavə edib ki, hadisəyə səbəb kimi Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlunun banka küllü miqdarda borcunun olması göstərilir. 2013-cü ildə məhkəmənin qərarı ilə həmin şəxsin avtomobilinə həbs qoyulub. İnsident də F.Həsənovun avtomobilinin məhkəmə icraçıları tərəfindən götürülərkən baş verib. Həmin şəxsin heç bir polis əməkdaşı ilə konfiliktinin olmadığı bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə