Lənkəranda 23 yaşlı qızın üzünə sulfat turşusu atan şəxs yaxalanıb
Fevralın 8-də 23 yaşlı Lənkəran şəhər sakini Sevinc İmaməliyevanın üzünə sulfat turşusu ataraq qaçan şəxs yaxalanıb. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, bu ilin fevral ayının 8-də, gecə saat 21.00 radələrində şəhərin Şəhidlər Xiyabanı küçəsi, 46/43 saylı evdə yaşayan 1988-ci il təvəllüdlü Sevinc Bayram qızı İmaməliyeva ağır dərəcəli yanıq diaqnozu ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin yerli həkimlər xəsarətin ağırlığını nəzərə alaraq xəstənin Bakı şəhərindəki Yanıq Mərkəzinə aparılmasını məsləhət biliblər. Burada da həkimlərin səyinə baxmayaraq S.İmaməliyeva görmə qabiliyyətindən məhrum olub.
Lənkəranın hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar tutulub. Müəyyənləşdirilib ki, hadisəni törədərərək gizlənən şəxs Masallı rayonunun Qəriblər kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Nurəddin oğlu Əhmədlidir. Cinayəti etiraf edən Z. Əhmədlinin məqsədi heç də şikəst etdiyi Sevinc İmaməliyeva yox, onun kiçik bacısı, 1993-cü il təvəllüdlü Aygün İmaməliyevaya xəsarət yetirmək olub.
O, əməlini həmin qızı sevdiyini və cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. Z.Əhmədli bildirib ki, o, hadisə baş verən gün İmaməliyevlərin evinə gələrək Aygünə xəsarət yetirmək istəyib. Lakin səhvən qapını onun üzünə açan Sevincin sifətinə sulfat turşusunu səpərək hadisə yerindən qaçıb.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB