Külək yanğına səbəb olub - 300-dən artıq ailə işıqsız qalıb

Külək yanğına səbəb olub - 300-dən artıq ailə işıqsız qalıb

Tovuz rayonunun Qovlar şəhərində əsən güclü külək əhalini elektrik enerjisiz qoyub.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, əsasən güclü küləyin təsirindən 100 kv transformator alışıb. Nəticədə 370-dən artıq ailə hazırda işıqsız qalıb. Alovu söndürmək üçün hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin iki briqadası cəlb olunub, avlovun söndürülməsi işi artıq başa çatıb.

Bundan əlavə, hadisə yerinə Tovuz rayon elektrik şəbəkəsinin rəsmiləri də cəlb olunub. Hazırda Qovlar şəhərinin böyük hissəsi işıqsız qalıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə