İşlədiyi şirkətdən 164 900 manatlıq oğurluq ediblər

İşlədiyi şirkətdən 164 900 manatlıq oğurluq ediblər

Saatlıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, iyulun 29-da MMC-lərin birindən ümumi dəyəri 164 min 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub. Məlumatla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Cəfərov Talıb və İsmayılov Vidadi saxlanılıblar.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə