Neftçalada kişi meyit aşkarlanıb

Neftçalada kişi meyit aşkarlanıb

Neftçalada meyit aşkarlanıb. SİA xəbər verir ki, bu gün səhər saatlarında rayonun Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğlunun meyiti Neftçala şəhərində yerləşən "Xatimə" şadlıq sarayının arxasında tapılıb.

Məlumata görə, mərhum həmin gün toy mərasiminə gedib və axşam evə qayıtmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə