Türkiyə HHQ 3 terrorçunu zərərsizləşdirib

Türkiyə HHQ 3 terrorçunu zərərsizləşdirib
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Qara rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə