Qadın özünü dərmanla zəhərləmək istəyib

Qadın özünü dərmanla zəhərləmək istəyib

Mingəçevir şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 72 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan gənc qadın - Əmiraslanova Rəmziyə Kərim qızı normadan artıq miqdarda “Kardiomaqnil” dərman pereparatı qəbul edərək zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata əsasən, o şəxsi münasibətlər zəmnində hisslərinə hakim kəsilə bilməyərək bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə