30 yaşlı şəxs qayını tərəfindən döyülüb

30 yaşlı şəxs qayını tərəfindən döyülüb

Ağstafada döyülmə faktı qeydə alınıb.

SİA-nın bölgə muxbirinin verdiyi xəbərə görə, 1989-cu il təvəllüdlü Elməddin Əsgərov döyülmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üz nahiyəsindən ağır xəsarətlər aldığı bildirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb qohumlar arasında yaranan mübahisə olub. Nəticədə qaynı E.Əsgərova fiziki təzyiq göstərib.

Hazırda faktla bağlı Ağstafa rayon Polis İdarəsində araşdırmalara başlanılıb, hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə