32 yaşlı şəxs boğulmaqdan son anda xilas oldu

32 yaşlı şəxs boğulmaqdan son anda xilas oldu

Şəmkir sakini ehtiyatsızlıqdan su kanalına düşüb.

SİA-nın bölgə müxbirinin məlumatına görə, Keçili kənd sakini Şəhriyar Paşayev yaxınlıqdan keçən su kanalında əlini yumaq istəyərkən kanala düşüb. Kanaldan çıxa bilməyəcəyini görən şəxs qışqıraraq ətrafdakıları köməyə çağırıb. Yaxınlıqdakı insanların köməyi ilə onu xilas etmək mümkün olub.

Ş.Paşayev huşsuz vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə