Göygöl rayonunda ağır yol qəzası qeydə alınıb.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə qəsəbəsində qeydə alınıb. "Niva"markalı avtomobillə "Qazel" markalı avtomibil toqquşub. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılardan 1985-ci il təvəllüdlü Ramzan Mövlayevin vəziyyəti ağırdır. Digər yaralının şəxsiyyəti isə dəqiqləşdirilir. Xəsarət alanlar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərinə gətirilib.
İlkin məlumatlara görə, qəza yüksək sürət səbəbindən baş verib. Faktla bağlı araşdırma başlanılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB