Astarada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib
Astara rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib. Astara Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Elman Quliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, şöbəyə daxil olan məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Rüdəkənar kənd sakini Elçin Səfər oğlu Musayev şübhəli səxs qismində saxlanılıb.
E.Musayevin üzərinə baxış keçirilərkən onun cibindən 0,152 qram çəkidə heroin aşkar olunub. İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs narkotiki Astara şəhər sakini Əhliman Əliyevdən aldığını bildirib. Polis əməkdaşları əvvəllər iki dəfə məhkum olinmuş Ə.Əliyevi saxlamağa müvəffəq olublar. Onun üzərində də 0,252 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Ə. Əliyev də istintaqa verdiyi ilkin ifadəsində narkotik vasitəni həmyerıisi Ələddin Əsədullayevdən aldığını bəyan edib. Ə.Əsədullayev də poıis tərəfindən yaxalankən onun üzərindən 0,400 qram heroin aşkar edilərək müsadirə olunub.
Aparılan əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstənin daha bir üzvü - rayonun Şahağacı kənd sakini Yadigar Şükürov da saxlanılıb. Belə ki, Y. Şükürov şərti alıcı qismində olan bir nəfərə 0,558 qram heroini satarkən saxlanılaraq həbs edilib. Aparılan əməliyyat axtarış tədbirləri bununla bitməyib.
Astara RPŞ-dən onu da bildiriblər ki, daxil olan əməliyyat məlumatına əsasən rayonun Rüdəkənar kənd sakini Teymur Hüseyn oğlu Əfsəlovun evinə keçirilən baxış zamanı 3 bükümdə ümumilikdə 0,474 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB