“Nivanı” aşırdı: 16 yaşlı qız yaralandı

“Nivanı” aşırdı: 16 yaşlı qız yaralandı

Daşkəsən sakini idarə etdiyi “Niva”markalı avtomobilini aşırıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alaxançallı kəndində qeydə alınıb. Qəza nəticəsində avtomobildə olan iki sərnişin 16 yaşlı Pərvanə Namazova və 1998-ci il təvəllüdlü Mübariz Musayev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə